40
Tovuz xanım.
Naxçıvan xanının qızı,
Abbasqulu xan İrəvanskinin gəlini.
İrəvanda azərbaycanlılara məxsus
bədii parça nümunələri.
Dərələyəz mahalındakı Əxi
Təvəkkül Zaviyəsinin xarabalıqları
olduqca maraqlıdır. Zaviyənin
girəcəyində üç inancdan gələn,
yerin, ayın, günəşin rəmzi olan üç
dairə, hər dairədə 12 imamın rəmzi
olan 12 xətt və bu mahalda yaşayan
türk tayfalarının sayını bildirən
səkkizguşəli ulduzlar həkk
olunmuş daş lövhənin hündürlüyü
3, eni 2 metrdir. Ümumilikdə,
İrəvan ərazisində 120 tarixi abidə,
230 məscid və pir, 670 qəbiristanlıq
mövcud olmuşdur.
folklorda təcəssümünü tapmışdır. Qədim türklərin epik nümunələrində Ər­
gənəkon, Altay, Altuntuğ, Altunqan və müqəddəs sayılan digər dağ adları ki­
mi Ağrıdağı və Ələyəz/Alagöz dağı da obraz kimi öz ifadəsini tapmışdır. Bu
bölgədə yaranan mif, əfsanə və nağıllarda dağ əjdaha obrazı ilə assosiasiya
olunur. Hunların, bulqarların mifik görüşlərində dağın ruhu əjdaha obrazı ilə
təsvir edilir. Bölgənin dağlıq ərazidə yerləşməsi isə buranın həm də müdafiə,
qorunma timsalı kimi də folklorda özünə yer tutmasına zəmin yaradır. Yağı bu
ellərə ayaq basanda insanların dağa xitabən söylədikləri ağız ədəbiyyatında
əsas motivlərdən biri də xeyirlə şərin mübarizəsidir. Müqəddəs yerlərdən,
gerçək tarixi şəxsiyyətlərdən bəhs edən rəvayətlər, dastanlar buradakı əhalinin
ümumi türk inancından bəhrələndiyini, o cümlədən bu dünyagörüşün bölgə
üçün hakim olduğunu göstərir.
İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şörəyel, Loru, Pəm­
bək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi Azərbaycanın
tərkib hissəsi olmaqla bərabər, digər mahallarla da sıx əlaqədə olmuşdur.
Bö­yük ticarət yollarının üzərində olan bu bölgəni Osmanlı dövləti ilə, şimali
və cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlamışdır. Şəm­
şəddin, Qaraqoyunlu və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə,
məişət baxımından, Gəncəbasarın yerli əhalisi ilə demək olar ki, eyni olması
tarixi faktdır. Tarixən Qarabağ xanlığının tərkib hissəsi olan Zəngəzur mahalı
adətlərinə, məişətinə görə Qarabağ türkləri ilə eynilik təşkil etmişdir. Bu
ərazinin qərb hissəsi Anadolu türkləri ilə qaynayıb-qarışmış, onlarla sıx əla­
qədə olmuşdur. İrəvan, Zəngibasar kimi ərazilərin Güney Azərbaycanın
Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılığı, əlaqələri də bir faktdır. Bu istər
şivələrdə, istərsə də sənətkarlıq nümunələrində, adətlərdə özünü qabarıq
şəkildə göstərir. Zəngin mədəni irsi, folkloru, ədəbiyyatı və musiqisi ilə se­
çilən bu bölgə bütöv Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ayrı-ayrı
bölgələrin keçdiyi tarix, mədəni irs, toponimlər də onun ümumi Azərbaycan
tarixi və mədəniyyəti ilə birbaşa bağlılığını göstərir.
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...116