45
Ağbaba bölgəsi mənşəyi türk adından rişələnmiş
dağlar, dərələr, bulaqlarla zəngindir. Yerli adətlər, adlar
və onların obrazları xalçalarda da əks olunurdu. Müxtəlif
minerallarla zəngin olan bu torpaq çəmən güllərinin rən­
gi ilə qarışıb bu ərazidə bitən güllərə xüsusi çalar verirdi.
Təəssüflər olsun ki, indi Ağbabada bircə ilmə be­lə
vurulmur. Xalçanın göy qurşağı kimi rəngarəng ip­lərini
özünə dost-sirdaş seçmiş, ilmələrdən tumarını əsir­gə­mə­
yən əllər bu ərazidən didərgin düşüb. Ermənilər tərə­
findən azərbaycanlıların bölgədən qovulması ilə eyni
zamanda Ağbaba torpağı sanki bütün gözəlliklərini
in­sanlardan gizlədib və müqəddəs yurd indi bir xara­
bazara çevrilib. Uzun qış axşamlarında buradakı qa­
dın­lar bir yerə yığışıb bayatı deyər, nağıl danışar, xalça
to­xuyardılar. İndi o günlərdən, vur-tut, bir neçə iş ya­
digar qalıb. Bununla belə, həmin bir neçə nüsxədə o yer­
lərin naxışı, rəngi bu torpağın əzəli sakinləri olan azər­
baycanlıların izlərində yüksək bədii sənətkarlıqla öz
ifa­dəsini tapmışdır.
Ağbaba, Şörəyel ərazisində toxunmuş xalça və xalça
məmulatları, özünəməxsus toxunma texnologiyası və
buranın təbiətindən irəli gələn çalarları ilə birgə, kom­
pozisiyaquruluşunagörəQazaxxalçaməktəbinəyaxındır.
Bu ərazidə toxunan xalçalar texnoloji üsullarına görə ağır
çəkili hündür xovu, yumşaq və parlaq yunu ilə seçilir. İlk
baxışdan qalın görünən bu xalçalar ən yüksək keyfiyyətli
yundan toxunmuşdur. Bu xalçalarda təbii üsulla alınmış
qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri, mavi
rənglərdən ibarət kolorit həlli öz uyarlığıyla göz oxşayır.
Bu xalçaların kompozisiya quruluşu azərbaycanlıların
həyat tərzi və məişətindən irəli gələrək, əsrlər boyunca
formalaşmışdır. Bu xalçalarda abstrakt həndəsi formalı
naxışlar sistemi üstünlük təşkil edir. Burada rast gəlinən
su, ağac, nar, bitki, heyvan motivləri mürəkkəb həndəsi
elementlər toplusu, svastika insanı qoruyan, onu müdafiə
edən simvollar kimi anlaşılır. Müxtəlif türk tayfalarının
məskunlaşdığı bu bölgə çeşidli semantik elementlərin
xalçalarda əks olunması ilə fərqlənirdi.
Ağbaba və Şörəyel mahallarında, əsasən, kilim, palaz
texnikası ilə toxunan xalçalar üstünlük təşkil edirdi.
Bu mahalların xalçaları üçün “damğa”, “qoşa damğa”,
“dilikli damğa” və “qarmaqlı” motivlər səciyyəvi idi.
Bu­ranın xalçalarının rəngi şuxluğu, oynaqlığı ilə nəzərə
çarpır. Bəzən şux rənglərlə sakit rənglər uzlaşdırılaraq,
çox baxımlı, özünəməxsus bir rəng düzümü yaradırdı.
Bu mahallarda toxunan xalçalarda rənglər 7-dən 10-
na qədər dəyişilərək ənənəvi qanunauyğunluqla tərtib
edilirdi.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Ağbaba mahalından ümumi görünüş.
Ağbaba mahalından görünüş.
Şörəyel mahalından ümumi görünüş.
Qəbristanlıq. Ağbaba mahalı.
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...116