43
İrəvan xanlığının həyatında
mühüm rol oynayan
sənətkarlıq müxtəlif sahələri
özündə ehtiva edirdi.
Azərbaycanlıların ənənəvi
sənətkarlıq sahələri olan
toxuculuq və dulusçuluq
bütün Qərbi Azərbaycan
boyunca geniş yayılmışdı.
Azərbaycan xalçaları / İrəvan QRUPU
kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz xalçaçılıq
məktəblərinə daha yaxın olan İrəvan xal­çaçılıq məktəbinin
nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni
kolleksiyaçılarının sərvətinə çevrilmişdir. Bu gün erməni
xalçası kimi təqdim edilən bu incilər azər­baycanlı ilmə
ustaları tərəfindən toxunmuşdur. Xalça, kilim, palaz, şəddə,
eləcə də digər toxuculuq məmulatlarının mey­dana gəlməsi
tarixən qoyunçuluqla məşğul olmayan er­mənilər üçün
xarakterik deyildi.
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də
tikmədir. İrəvan xanlığına məxsus olan bədii tikmə nü­
munələrindən ikisi hazırda Milli Azərbaycan Tarixi Mu­
zeyində saxlanılır. 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt
edərkən qənimət kimi götürdükləri İrəvan xanlığının bay­
raqları bədii tikmə sənətinin nadir nümunələrindən hesab
olunur. Tarixi faktlar təsdiqləyir ki, vaxtilə İrəvanın düz mər­
kəzində yerləşən Şiləçi məhəlləsində boyaq bitkilərindən al-
əlvan rənglər alınmış, basma naxışlı parçalar istehsal edil­
mişdir.
Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Apa­
ran, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər,
Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli,
Zən­gibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və
rən­garəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azər­
baycanın ərazisində yaşayan azərbaycanlıların zəngin
mə­dəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir
gös­tərdiyi kimi, burada toxunan xalçalardan da yan keç­
mə­mişdir. İrəvan xanlığının həyatında mühüm rol oy­
nayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi.
Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan to­
xuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca
geniş yayılmışdı. Toxuculuq, o cümlədən xalça, palaz mə­
mulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yer­
li əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl
xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar,
əlcək, corab toxuduğunu qeyd etmişlər. İ.Şopen hər ailədə
toxuculuq dəzgahının olmasından xüsusi bəhs etmişdir.
Toxuculuqla bağlı olan digər sənət sahəsi boyaqçılıq idi.
Bu bölgədə qırmız (koşenil) adlanan boyaq maddəsinin
müx­təlif çalarlarından geniş istifadə olunurdu. Bu boyaq
maddəsi haqqında xüsusi tədqiqat aparan Rusiya Elmlər
Akademiyasının akademiki Qammel İrəvan qırmızını key­
fiyyətinə görə Meksika qırmızı ilə müqayisə etmişdi. Bölgə
həm də gön-dəri məmulatlarının istehsalı, sabun bişirmə,
yağ çəkmə və duz istehsalı ilə məşhur idi.
Bölgənin tarixi kökləri, çox qədimə gedən xalçaları vax­
tilə bütün dünyada məşhur olmuşdur. Kitabda top­lanan
xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir. 1948-53-cü il
deportasiyası nəticəsində minlərlə insan öz tor­pa­ğın­dan
çıxarılmış, başqa ərazilərə köçürülmüşdür. Bo­şalan kənd­
lərdə təbii olaraq xalça ənənəsi də itib-bat­mış­dır. Qər­bi
Azərbaycan ərazisində toxunan xalçaları sə­nət­karlıq im­kan­
larına, toxunma texnologiyasına, rəng-na­xış kom­po­zi­siya
həllinə görə şərti olaraq mahallar üzrə aşa­ğıdakı qrup­lara
ayırmaq olar:
I qrup:
Ağbaba, Şörəyel mahalları
II qrup:
Loru, Pəmbək mahalları
III qrup:
Şəmşəddin mahalı
IV qrup:
Göyçə mahalı
V qrup:
Gərnibasar, Vedibasar mahalları
VI qrup:
Zəngibasar, Sərdarabad mahalları
VII qrup:
Qırxbulaq, Əştərək mahalları
VIII qrup:
Aparan, Dərəçiçək, Talın mahalları
IX qrup:
Zəngəzur mahalı
X qrup:
Dərələyəz mahalı
XI qrup:
İrəvan şəhəri
“İki fiqurlu səhnə”.
Rəssam: Mirzə Qədim İrəvani.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...116