50
Aşıq Ələsgərin məzarı.
Göyçə mahalı, Basarkeçər, Ağkilsə kəndi.
Şah Abbas karvansarayı.
Göyçə mahalı.
Göyçə mahalı, Kəvər.
Bu xalçalarda bədii ənənələr əsrlərdən bəri forma­
laşmış şəkildə təcəssüm olunur. Bəzən bir-birinə aid
rənglər bir xalçanın üzərində şux ahənglə toplanır, göz
oxşayan palitra yaradır. Sınıq, bəzən də əyri xətlərlə
işlənən göllərin, irili-xırdalı elementlərin zənginliyi bu
xalça məhsullarını məişət üçün daha da gözəgəlimli edir.
Ənənəvi mücərrəd həndəsi işarələrin xalçada özünə yer
etməsi Azərbaycanın əksər xalçaçılıq məktəbləri üçün
xarakterik olduğu kimi, Göyçə xalçalarında da nəzərə
çarpır. Göyçənin cecimi, ladı, zilisi, heybəsi, yəhər üs­
tüsü, ləmiqabağı, xaralı olduqca məşhurlaşmış və dün­
yanın bir çox məşhur kolleksiyalarında layiqli yerini
tutmuşdur. Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağı
Qaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın
Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qara­
qaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şor­
ca kimi məşhur və böyük kəndlərində xalçaçılıq sənəti
yüksək sənətkarlıqla inkişaf etmişdir. Basarkeçər rayo­
nunun Ağ kilsə, Kərkibaş, Pəmbək, Çaxırlı kəndlərində
də xalça və xalça məmulatları toxumuş, yerli əhalinin
məişətində bundan geniş istifadə edilmişdir.
İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı
Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən
bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün
toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xart­
lıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng
al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu
günə qədər gəlib çatmışdır.
Göyçənin digər bölgələrindən Kəvər deyilən ərazinin
xalçalarında Qarabağ elementlərinə rast gəlinsə də,
əsas üstünlüyü Qazax elementləri təşkil edirdi. Qa­
zax məktəbinə aid “Göycəli” xalçası məhz bu ərazidə
yerləşən Göycəli kəndində toxunmuşdur. Sonralar bu
kəndin əhalisinin bir hissəsi Ağstafa rayonuna köçmüş,
yeni məskunlaşdıqları yeri də “Kəvər” adlandırmış­
lar. Kəvərin Ağqala, Ağzıbir, Əyrivəng, Əfəndi, Mu­
ğan kəndlərində də bir-birindən gözəl çeşidli xalçalar,
kilimlər, palazlar, çullar, məfrəşlər, xurcunlar, heybələr
toxunmuşdur.
Göyçə mahalında toxunan xalılarda əksər xalçalardakı
kimi böyük ölçülü göllər, medalyonlar əsas element kimi
üstünlük təşkil edir. Bu xalçalarda simvollaşdırılmış dəvə,
eləcə də digər heyvanların, quşların təsvirlərinə tez-tez rast
gəlinir. Göyçə mahalının toxucuları svastika motivlərini
həm əsas, həmdə doldurucu element kimi istifadə etmişlər.
Doldurucu elementlərdən rombvari, “buta”, “ulduz”, qar­
maqlı, “Z” şəkilli, “X” şəkilli, yarpaq, gül-çiçək, kiçik ölçü­
lü ağac təsvirləri çox işlədilmişdir. Bu mahalın xalçalarının
ana haşiyəsi üçün səciyyəvi olan “zülfələm” motivləri digər
mahalların xalçalarında da tətbiq edilmişdir.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...116