48
Şəmşəddin mahalı
Şəmşəddin bölgəsində toxunan xalçalar da bədii
kompozisiya quruluşuna görə Qazax xalça məktəbinin
üslubuna yaxındır. Azərbaycanın Qazax, Tovuz və Ağs­
tafa bölgələri ilə mədəni və məişət əlaqəsində olan bu
böl­gənin əhalisi, əsasən, heyvandarlıqla məşğul oldu­
ğun­dan xalçaçılığa xüsusi yer ayırmışlar.
Şəmşəddinin əsas yaşayış məntəqələrindən biri To­
vuzqala ərazisi idi. Vaxtilə Qazax-Şəmşəddin sul­tan­
lığının tərkibində olmuş bu bölgənin Vəligah, Qulalı,
Qır­ğı, Haqqın kimi kəndlərində xalçaçılıq inkişaf etmişdi.
Müxtəlif çeşidli meyvə bağları, arıçılıq, üzümçülük, böl­
gənin əhalisinin əsas məşğuliyyəti sayılırdı. Çox da
hün­dür olmayan dağların əhatəsində yerləşən bölgənin
tə­biəti mülayim olduğundan, həmçinin bulaq, göl və
mi­neral ehtiyatların bolluğu buranın torpağını bərəkətli
etmiş, bitki örtüyünü zənginləşdirmişdir. Bu mahala aid
Karvansara, Dilican kimi bölgələr özünün sıx meşəliklə­
ri ilə tanınır. Tərsəçay, Armudu, Karvansaray rayonunun
Ağ kilsə, Göyərçin, Polad, Salah, Haqqıxlı kəndləri öz
xalçaları ilə məşhur idi. Ağstafa çayı Karvansara rayo­
nunun iqtisadi həyatında və kənd təsərrüfatında mühüm
rol oynayırdı. Bol sulu çayın hər iki sahilində yunlar,
xalçalar yuyulardı. Bu ərazinin xalçaları əlvan rəngləri
və naxışlarının incəliyi ilə seçilirdi. Bölgədə toxunan
xalçalarda və məfrəşlərdə, xurcunlarda, palazlarda, çul­
larda totem izlərinə, mifoloji obrazlarda müxtəlif tay­
falara məxsus damğalara rast gəlmək olar. Xovsuz xal­
çalarda, kilim, vərni, şəddə, zili kimi nümunələrdə rast
gəlinən rəng ahəngi, bədii quruluş, naxış dəsti-xətti,
toxunma üslubu digər bölgələrin nümunələrindən fərq­
lidir. Şəmşəddində toxunan xalçalar özünəməxsus naxış
və rəng tərtibatına malikdir. Böyük və kiçik ölçülü göl­
lər, medalyonlarla yanaşı, bu xalçalarda “qoşabuynuz”,
“dör­d­ünsür”, “S”şəkilli, qarmaqlı, həndəsi (üçbucaq­lı,
dörd­bucaqlı),“gözqaytarıcı”, “qayçıbalıq”, “qazayağı”,
“di­likli” və digər motivlər işlədilirdi.
Qoşavəng monastırı. XII əsr.
Şəmşəddin mahalı.
Tovuz qalası. X əsr.
Şəmşəddin mahalı.
Şəmşəddin mahalından ümumi görünüş.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...116