49
Azərbaycan xalçaları / İrəvan QRUPU
Göyçə mahalı
Göyçə mahalı, Aşağı Qaranlıq.
Göyçə gölü.
İrəvan xalçalarının arasında özünün naxışları, rəng­lə­ri
ilə fərqlənən Göyçə mahalının sənət nümu­nə­lə­rini qeyd
etmək olar. Göyçə mahalında yaşayan azər­baycanlıların
toxuduqları xalçalar öz kompozisiya quru­luşuna görə
Qarabağ xalçaçılıq məktəbinə yaxındır. Göy­çə gölü
ətrafında yerləşən bu mahalın əhalisi Qarabağla sıx
mədəni-iqtisadi əlaqədə olmuşdur. Bu yaxınlıq məişətdə,
folklorda özünü daha qabarıq büruzə vermişdir.
Göyçə özünün füsünkar təbiəti, aşıq sənəti, bədii tikmə,
misgərlik, dulusçuluq və digər sahələri ilə məşhur idi. Bu
ərazidə qoyunçuluq geniş yayılmışdı ki, bu da xalçaçılı­
ğın inkişafına münbit şərait yaratmışdır. Qara, boz, çal,
qumral rəngli yunun bolluğu və boyaq xassəli zəngin
bitki örtüyü, eyni zamanda, min illərdən bəri naxışları
yaddaşında yaşadan, onu xüsusi məhəbbətlə, incəliklə
və istedadla xalçaya köçürən toxucular Göyçə xalçalarına
bənzərsizlik bəxş etmişdir. Göyçənin təbiətindən xalça­
ya hopan rənglər parlaq və şuxdur. Göyçə sənətkarları
toxuduqları xalça, kilim, məfrəş, çul və digər xalça mə­
mulatlarına onları əhatə edən mənzərəni, yaşıl çə­mən­ləri,
tər çiçəkləri və eyni zamanda, nəsildən-nəslə ötürülən
türk tayfalarının damğalarını köçürmüşlər. Göyçə xal­
çaları onu toxuyanların yüksək mədəniyyətini, zəngin
təxəyyülünü, bədii istedadını təsdiq edir.
“Kitabi-Dədə Qorqud”da rast gəlinən yer-yurd adları­
nın izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu
eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır
bulağı kimi toponimlər azərbaycanlıların qədim yadda­
şının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan
- Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şi­
malda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur.
Şah dağından baxanda bu mahal ortasına ayna salınmış
güllü bir nəlbəkini xatırladırdı. Öz füsunkar hüsnü, təbii
gözəlliyi ilə ürəkləri fəth edən, xoş duyğular oyadan
əzəmətli Göyçə mahalı çox qədim zamanlardan bəri sa­
zın, sözün beşiyi, şöhrəti dünyaya yayılmış el şairlərinin
vətəni olmuş, bir sözlə, qədim yurdun sənət məbədinə
çevrilmişdir. Göyçə mahalında yaşayıb-yaratmış saz
ustaları səsləri, nəfəsləri ilə bütün türk dünyasının
zəngin könül mülkünü isitmiş, aşıq sənətinə yenilməzlik
gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlar­
da qədim qopuzun varisi olan sazı kökləmiş və onun
sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmiş­
dir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz
izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı
dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı,
Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə
kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şi­
fahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar
haqqında inanclarının kökü qədim dövrə gedərək tan­
rıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı
insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi
sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların
simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompo­
zisiya həllində iştirak etmişdir.
Göyçə mahalından görünüş.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...116