44
Ağbaba və Şörəyel mahalları
Ağbaba mahalında yer-yurd adları arasında İbiş,
Öksüz, Dəlisərsəran, Çələb, İlanlı adlarına rast gəlinir.
Adların mənşəyi burada yaşayan tayfaların adları və
inancları ilə bağlı idi. Qədim türk dilində Allah anlamını
verən “çələb” sözüAğbaba ərazisində türklərin animistik
və topomistik görüşləri ilə əlaqədar olan yer adı kimi
ifadə edilirdi. Müqəddəs ruhlarla və bu ruhların obraz
kimi çıxış etdiyi heyvanlara münasibət, eləcə də şaman
inancının izləri özünü xalçalarda əks etdirirdi. İslamın
yayılması ilə Ağbabada yaşayan türklər İslamı qəbul
etdikdən sonra yeni din onların dünyagörüşünə sirayət
etmişdir. Bölgədə olan məscidlər və evlər üçün toxunan
namazlıq xalçalar burada yaşayan türklərin İslam döv­
rü mədəniyyətini əks etdirir. Bu bir daha göstərir ki,
Ağ­­babada tarixən türklər yaşamış və zamanın bütün
dö­nəmlərində öz dünyagörüşlərinin izlərini abidələrə,
xal­çalara həkk etdirmişlər. İnanclar xalqın ruhunu ya­şa­
dan xalçalarda maddiləşib, işarələrə çevrilib və bu gü­nə
ötü­rülüb.
Xalça ağbabalıların məişəti üçün olduqca vacib sa­
yılırdı. Eyni zamanda palazlar, çullar, duz torbaları,
xur­­cunlar, məfrəşlər və digər məmulatlar əhalinin mə­
işə­ti­ni asanlaşdırırdı. Bu məmulatların toxunma tex­no­
logi­yası, rəng kompozisiya həlli yerli əhalinin estetik dün­
yagörüşünü əks etdirmişdir. Əsasən, heyvandarlıqla
məşğul olan yerli əhali cins qoyunlar yetişdirmiş və bit­
kilərdən təbii boyalar almaqla göz oxşayan xalçalar ya­
ratmışdır. Dənli bitkilərdən buğda, arpa, zəyərək əkilir
və bu bitkilərdən yağ, bəzir, dağda yetişən kollardan və
güllərdən müxtəlif dərmanlar, həmçinin ipləri boyamaq
üçün cürbəcür rənglər alınırdı.
Ağbaba bölgəsi qərbdən və şimaldan dağlarla əha­
tə olunub. Qışı olduqca sərt keçən bu ərazi dağ bit­ki­ləri
ilə də zəngindir. Mənbəyini Ziyarət, Göy dağ, Ağ­baba
dağlarından götürən gur, bol sulu Qaraxan, Ci­vinli,
Sel­dağıdan, Moküz çayları dərənin gözəlinə çev­rilmiş
Ar­pa gölünə axıb tökülür. Arpa gölünün mən­zərəsi ba­
harın gəlişi ilə torpaqdan boy qaldıran çiçək­lərlə işlən­
miş al-əlvan, rəngarəng zərif bir xalçaya bürü­nübmüş
kimi sehrli bir aləm yaradır. Qədim türk torpağı olan
Ağbabada “Kitabi-Dədə Qorqud”un və digər das­tan­
ların izlərini az qala hər kəndin, hər dərənin, hər da­ğın
adında görmək olar. Dastanda adı çəkilən Ənsə Qo­
ca Oğlu Oxçu adından Oxçu oğlu kəndi, Qazan xa­nın
adını çəkdiyi Köçkə dağının adından Göy dağın, Də­li
Domrulun adından Güllücə kəndi yaxınlığındakı Dom­
rul qalaçasının, Qazan xanın qardaşı Qara Günənin
adından Qara Güney təpəsinin, Dəmir Donlu Mumağın
adından isə Mumu xanın adı götürülmüşdür.
Çırpıllı körpüsü.
Orta əsrlər. Şörəyel mahalı.
Şirvancıq məbədi.
V əsr. Şörəyel mahalı.
Öysüz piri.
Ağbaba mahalı.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...116