42
Dərviş. İrəvan.
Daş sənduqə. XV-XVI əsrlər.
Zəngəzur mahalı , Sisyan, Urud kəndi.
Ovşar karvansarayı.
XVI-XVIII əsrlər. İrəvan.
rı­lırdı. İrəvan bölgəsinin yolların kəsişməsində
yer­ləşməsi çoxlu sayda körpülərin, karvansaraların,
zərb­xanaların və bazarların olmasına rəvac verirdi.
Ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və
İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına
bağlayan karvan yolu idi. Bu yola Ərzurum yolu və
ya Bəzirgan yolu da deyirdilər. İrəvandan Ərzuruma
gedən digər karvan yolu Aparan və Alagöz dağının
şimal ətəyindən keçib Qarsa, oradan da Həsənqalaya
yetişir, sonda ana xəttə qovuşurdu. İrəvandan Tiflisə
gedən karvan yolu Üçkilsə, Sərdarabad, Hamamlı,
Calaloğlu və Şulaverdən də keçirdi. XVII əsrdə
fransız səyyahı J.Şarden bu yolun uzunluğunun İrə­
van-Ağstafa yolu qədər olduğunu yazırdı. J.Şarden
bu yolun üstündə yerləşən yaşayış məntəqələrinin
adı­nı da qeyd etmişdir. İrəvandan Ağstafaya gedən
yolda Bjni, Keşikkənd, Dəlican, Qaradaş, Məlikkənd,
Körpükənd yaşayış məntəqələri yerləşirdi. İrəvan
bu yolla Gəncə ilə əlaqə saxlayır, Şamaxıda isə Azər­
baycanın Rusiyaya gedən əsas ticari yoluna bağ­
lanırdı.
İrəvanın ərazisində olan mahallarda abidələr
üzə­rində yazılar, qayaüstü təsvirlər, daşlara həkk
olunmuş simvollar əhalinin həyat tərzindən, məişə­
tindən xəbər verir. Azərbaycanın digər bölgələrində­
ki abidələrə kifayət qədər oxşar olan bu nümunələr­
də türk-oğuz boylarının damğaları, bəzən isə adları
dəqiqliklə təsvir edilmişdir. Zəngəzur bölgəsində
- Qarakilsədə eramızdan əvvəl II əsrə aid olan tikili
qalıqları qoşundaş kimi tanınırdı ki, bu da qədim
türk­lərin bir çox yaşayış məskənlərində rast gəlinən abidələrinə bənzəyir­
di. Zəngəzurun Urud kəndindəki Babək qalası, kurqanlar, qədim kör­pü,
qəbirüstü abidələr, qoç heykəlləri, Ağdu kəndindəki VII yüzülliyə aid olan
türk ornamentləri ilə bəzədilmiş 9 metr hündürlüyündə olan qəbirüstü abi­
də, Qırmızıtəpədə Qala divarlarının qalıqları, Göyçə gölü sahilində Kolagirən
qalasının xarabalıqlarında mixi yazılar, qarqarlara məxsus Gərni qalası və
onun xüsusi xəttatlıqla işlənmiş naxışlar və ornamentləri, Üçkilsə ərazisində IV
yüzülliyə aid tikililər abidə, mixi yazılarla zəngin olan Göy mələkləri məbədi,
Qalınca, Anaqala, Qanlıca, Keçorus, Goş, Qıpçaq ocağı, Ərgəz piri və saysız-
hesabsız digər abidələr bu yurd yerinin qədimliyindən xəbər verir.
İrəvan xanlığından da əvvəlki dövrlərdən başlayaraq burada dekorativ
tətbiqi sənət sahələri arasında xalçaçılıq xüsusi yer tut­muşdur. Naxış
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...116