41
Rəngarəng və zəngin təbiətəmalik olanQərbi Azər­baycan,
əsasən, dağlıq və dağətəyi bölgə hesab olunur. Bol sulu
çaylar, çəmənliklər bu ərazini xüsusilə heyvandarlıq üçün
yararlı etmişdir. Altı iqlim zolağı bu bölgəyə xüsusi rəng
və çalar verir. Vedi və Qəmərli, Əştərək bölgələri zəngin
bağları, üzümlükləri, Mehri ərazisi subtropik meyvələr
ilə seçilirdisə, qalan ərazilər daha çox alp çəmənlikləri və
dağ bitkiləri ilə məşhurdur. Əsasən, palıd, vələs, çinar, ar­
mud, alma, gilas, qoz, zoğal və alça ağacları ilə zəngin
olan meşə örtükləri ilə yanaşı, bu yurd yerinin çöllərində
yovşan, rəngarəng bitkilər, qayalarında isə cürbəcür kollar
bitirdi. Relyefin mürəkkəb və çoxcəhətli olması onun bit­
ki aləmini də təkrarsız edirdi. Yüksək dağ və rəngarəng
güllər, çiçəklərlə min bir rəngə çalan alp çəmənlikləri öz­
lüyündə, sanki böyük bir xalça timsalı idi. Bu amillər istər
heyvandarlığın, xüsusilə də qoyunçuluğun inkişafını, is­
tərsə də təbii boyaqların alınmasını şərtləndirirdi.
Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça
və xalça məmulatları əsas yer tutur. Qərbi Azərbaycanda
müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıq­lar,
çullar və digər toxunma məmulatları da var idi. Zəngin
təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş,
onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar
bəxş etmişdir. Al-əlvan boyalar bu bölgənin xalçalarını di­
gərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların na­
xış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mi­
fik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi
xalçalarda öz əksini tapmışdır. Mifoloji quşlar, heyvanlar,
həmçinin dünyaya yanaşma tərzindən irəli gələn seman­
tik elementlər bu bölgənin xalçaları üçün spesifik idi.
Azər­baycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi
duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların
əsas düşüncə və hisslərinin müstəvisi kimi çıxış etdiyini
söyləmək olar.
İrəvan xanlığı və onun bölgələrinin Azərbaycan xan­
lıqları, eləcə də bir çox xarici ölkələrlə geniş ticari əlaqəsi
olmuşdur. 1782-ci ildə İrəvanda olan rusiyalı Reyneks bu­
ranın pambıq parça, ipək, yazlıq buğda, şərabla bol oldu­ğu­
nu söyləmişdir. Burada, həmçinin çəltik istehsalı, kün­cüt,
kətan əkilib-becərilirdi. İ.Şopen İrəvanda olarkən xanlığın
ərazisində gördüyü toxmaçarlıqların sayını ipəkçiliyin geniş
yayılması ilə əlaqələndirir. İrəvan ərazisi meyvə və üzüm
bağları, müxtəlif növ bağ-bostan bitkiləri, tərəvəzməhsulları
ilə məşhur idi. Dövrün mənbələrində 1782-ci ilin martında
bayazitli İsak Paşanın xahişi ilə İrəvandan Bayazitə yeddi
min dinar, iki abbası dəyərində qara qarpız, göy qarpız,
mür­səqulu, xiyar, sürahi, reyhan, xına tozu, badımcan və s.
toxumların göndərilməsi haqqında danışılır. Üçkilsə məbə­
dinin məxaric dəftərində qeyd edilmiş toxum adlarının ha­
mısı Azərbaycan türkcəsindədir. Dövrün mənbələrində bu
toxumların adlarının Azərbaycan türkcəsində yazılması,
bu torpaqda qədim dövrlərdən elə Azərbaycan türklərinin
yaşadığını, onların oturaq təsərrüfatla, xüsusilə də əkinçilik
və kənd təsərrüfatının digər sahələri ilə məşğul olduğunu,
ermənilərin isə bu bölgəyə sonradan gəldiyini bir daha sü­
but edir.
Ağrı vadisində Azərbaycanın digər bölgələri üçün sə­
ciyyəvi olan yaylaq, qışlaq maldarlığı inkişaf etmişdi. Qırx­
bulaq, Göyçə, Aparan, Dərəçiçək, Gərnibasar, Vedibasar,
Ta­lın mahallarındakı otlaqlar heyvandarlıq üçün münbit
şərait yaradırdı. O dövrün mənbələrinin birində İrəvana
Təb­rizdən çoxlu karvanların gəlməsinə dair məlumat ve­
rilir. İrəvandan Tiflisə, Ərzuruma, Axalsıxa, Qarsa pam­
bıq, Təbriz, Xoy, Bayazidə düyü, buğda, arpa və duz apa­
Azərbaycan xalçaları / İrəvan QRUPU
İrəvan şəhərində azərbaycanlılara məxsus karvansara.
Rəssam: Q.Qaqarin.
“Oturmuş qadın” portreti.
Rəssam: Mirzə Qədim İrəvani.
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...116