46
Loru və Pəmbək mahalları
Loru və Pəmbək mahallarında toxunmuş xalçalar
dağlıq və dağətəyi ərazi kimi bu bölgədə yetişən mey­
vələrin, bitkilərin sayəsində əldə edilən rənglərlə özü­
nəməxsus çalarlar qazanmışdır. Bu xalçaları Qazax xalça
məktəbindən ayrı təsəvvür etmək mümkün deyil. Bu­
radakı xalça naxışlarını bədii sənətkarlığın mürəkkəb
nümunəsi də adlandırmaq olar. Zaman keçdikcə bu
təs­virlər fərqli tərzlərdə təcəssüm olunmağa başlamış,
sə­nət tarixinin ayrılmaz bir hissəsinə çevrilmiş, keçdiyi
inkişaf yolunun məntiqi nəticəsi kimi sabit bədii üsluba
yiyələnmişdir.
Loru və Pəmbəkdə qara yunlu, cins qoyunların bəs­
lənməsi sayəsində burada iplərin fərqli rəng çalarları
vardı. Burada xırda buynuzlu heyvanlar arasında keçinin
də saxlanmasına rast gəlinir. Keçi yunundan faydalanan
yerli əhali ondan müxtəlif xalça məmulatlarının toxun-
masında da istifadə etmişdir.
Bu ərazidə ən çox rast gəlinən xalça növlərindən biri
kimi namazlığı xüsusi qeyd etmək lazımdır. Mürəkkəb
və sadə kompozisiyalı xalçalar bu əhalinin dini dünyagö­
rüşü, islami inancından rişələnərək toxunmuşdur. Əsas
xalçaçılıq məntəqələri kimi mis mədənləri ilə məşhur
olan Allahverdi, Böyük Ayrım, Yuxarı Axtala, Pədik,
Mosul, kömürü, bazalt qayaları ilə tanınmış Aşağı kilsə,
qədim Oğuz qəbirləri, saxsı su anbarları, ziyarətgahları
ilə tanınan Mollaqışlaq kəndi hələ qədimdən heyvan­
darlıqla, bağçılıq, tərəvəzçiliklə tanınmış Hollavar, Hey­
dərli kəndləri, Voronsovka, Qara qala, Qızıl daş, Cücə
kənd, Sarıyal, Soyuqbulaq, Barana bölgəsinin Yuxarı
kör­pülü, Ləmbəli, Ləlvər, Hamamlı bölgəsinin Qursalı,
Qızılörən, Saral, Cəlaloğlu bölgəsinin Çubuqlu, Gərgər
kimi kəndlərini göstərmək olar. Xüsusilə də Qursalıda
əhalinin böyük əksəriyyəti xalça və xalça məmulatlarının
toxunması ilə intensiv şəkildə məşğul olmuşdur. Loru,
Pəmbək mahallarının mineral ehtiyatlarla zəngin olma­
sı boyaqçılıq işində bu minerallardan istifadəyə imkan
yaratmışdır. Loru, Pəmbək mahallarında toxunan palaz
və kilimlər rəng düzümü və naxış tərtibatına görə Ağ­
baba mahalında toxunan kilim və palazlarla oxşardır.
Bu mahalda “qoşa damğa”, “tək damğa” və rombşəkilli
elementlər kilim və palazlarda çox geniş yayılmışdı. Bu­
rada toxunan kilim və palazlar rənginə, naxışlarına görə
Bakı, Şirvan palazlarına bənzəyir.
Qayaüstü rəsmlər.
Loru mahalı, Voronsovka, Soyuqbulaq kəndi.
Qəbirüstü daş.
Loru mahalı, Cəlaloğlu.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...116